Oni şəhərinin girişində torpaq sürüşməsi baş verib

May 2, 2026 - 14:06
 0  18
Oni şəhərinin girişində torpaq sürüşməsi baş verib

Gürcüstanın Oni şəhərinin girişində təbii fəlakət qeydə alınıb.

Qaya massivinin uçması nəticəsində avtomobil yoluna torpaq və daş parçaları tökülüb.

Xeber.ge xeber  verir ki, Gürcüstanın Avtomobil Yolları Departamentinə istinadən verdiyi məlumata görə, bir neçə saat əvvəl qayalıq ərazidə daş uçqunu başlayıb.

·         Təhlükəsizlik məqsədilə sözügedən yol sahəsində avtonəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb.

·          Sürüşmə prosesinin inkişaf səbəbləri mütəxəssislər tərəfindən araşdırılacaq.

·      Mütəxəssislər artıq hadisə yerində olub və ərazidə müvafiq işlərə başlayıblar.

Xatırladaq ki, Milli Ətraf Mühit Agentliyi bir müddət əvvəl yağıntılarla əlaqədar ölkənin dağlıq zonalarında sürüşmə və sel proseslərinin aktivləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.