Ölkədə buludlu hava şəraiti hökm sürəcək
Bu gün Gürcüstanda buludluluğun artacağı, yağmursuz hava şəraiti gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Qərbi Gürcüstanda buludluluq arabir güclənəcək. Əsasən yağıntısız hava şəraiti hökm sürəcək. Şərq küləyi 10-15 m/s. Havanın temperaturu: aran rayonlarında gündüz +14, +19°; Dağlarda gündüz +11, +16°; Yüksək dağlıq ərazilərdə havanın temperaturu gündüz +6, +11° təşkil edəcək.
Şərqi Gürcüstanda - buludluluğun arabir artması. Əsasən yağıntısız. Şərq küləyi 10-15 m/s. Havanın temperaturu: düzənlikdə gündüz +9, +14°; Dağlarda gündüz +6, +11°; Yüksək dağlıq ərazilərdə gündüz temperatur -1°C-dən +4°C-yə qədər yüksələcək.
Paytaxtda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur +13° təşkil edəcək.
mənbə: interpress