Ölkə ərazisində qeyri-sabit hava şəraiti və temperaturun enməsi gözlənilir
Gürcüstandə yaxın bir həftə ərzində hava qeyri-sabit olacaq.
XEBER.GE xeber verir ki, sinoptiklərin proqnozuna görə, ayrı-ayrı bölgələrdə yağış, bəzi yerlərdə isə şimşək çaxması gözlənilir, həftənin sonunda isə temperatur daha da enəcək.
29 sentyabr – günün ikinci yarısından etibarən bəzi rayonlarda yağış yağacaq.
30 sentyabr – bir neçə bölgədə qısamüddətli yağış və şimşək çaxması mümkündür.
1 oktyabr – hava nisbətən sabitləşəcək, lakin ayrı-ayrı rayonlarda buludluluq qorunub saxlanılacaq.
2 oktyabr – günün ikinci yarısından yenidən yağıntı gözlənilir.
3 oktyabr – ölkənin bir hissəsində zəif yağış gözlənilir.
4 oktyabr – həftənin sonunda əsasən buludlu hava və lokal yağış gözlənilir.
Növbəti günlərdə temperatur da mərhələli şəkildə enəcək. Xüsusilə Şərqi Gürcüstanda və yüksək dağlıq bölgələrdə sərin hava gözlənilir ki, burada gecə saatlarında temperatur bəzi yerlərdə +5 dərəcəyə qədər enəcək.