"Niyə bizim bölgənin siyasi taleyini 'Svaneti klanı' həll edir?"

"Niyə bizim bölgənin siyasi talehini "Svaneti klanı" taleyini həll edir?"
Bunu siyasətçi Əhməd İmamquliyev “Facebook” səhifəsində paylaşımında qeyd edib.
İmamquliyev yazıb ki, onun əldə etdiyi məlumata əsasən, hakim partiyanın Marneuli namizədini dəstəkləyən qüvvələr, hazırkı Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin gələcəkdə yenidən sədr postuna qayıtmasına və seçki siyahısında yer almasına qarşı çıxır.
“Əldə etdiyim məlumata əsasən, Gürcü Arzusunun Marneuli mer namizədini irəli sürən ‘Svaneti klanı’, Marneuli Bələdiyyə Məclisinin hal-hazırkı sədri Amiran Qiorqadzenin gələcəkdə yenidən sədr olmasına və seçki siyahısında yer almasına qarşıdırlar. Görəsən Zaur Darğallı və ya Savalan Mirzəyev bu məsələyə necə baxırlar? Niyə bizim bölgənin siyasi taleyini ‘Svaneti klanı’ həll edir?”, – deyə siyasətçi bildirib.
mənbə: interpress