Narkotik cinayətinə görə əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Jun 22, 2025 - 12:27
 0  15
Narkotik cinayətinə görə əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Sameqrelo-Yuxarı Svaneti Polis İdarəsinin əməliyyat-axtarış və istintaq şöbələrinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətinə görə əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü, Zuqdidi sakini R.B.-ni saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, cinayət işi üzrə nəzərdə tutulan cəza 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmədir.

“Qanun mühafizəçiləri, məhkəmə qərarı əsasında həyata keçirilən tədbirlər zamanı saxlanılan şəxsdən xüsusilə böyük miqdarda narkotik vasitə olan metadon tərkibli qranullar, toz halında maddə və psixotrop maddə müsadirə ediblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin ‘a’ bəndi ilə aparılır”, – deyə nazirliyin açıqlamasında bildirilir.

mənbə: interpress