Narkotik cinayətinə görə saxlanılan tələbənin ailəsi onun günahsız olduğunu düşünür

18 yaşlı britaniyalı tələbə Bella May Callie Gürcüstanda saxlanılıb,
çünki Tbilisi hava limanında onun baqajından narkotik vasitələr – 34 paket marixuana və 20 paket həşiş tapılıb.
Bu barədə məlumatı bir neçə Qərb mediası yayıb.
Prokuror məhkəməyə qədər sübutların toplanması üçün 55 gün vaxt istəyib və BBC-nin məlumatına görə, bu müddət yeddi ayadək uzadıla bilər.
Bella ilkin məhkəmə iclasından sonra bildirib ki, hamilədir. Onun vəkili İa Todua deyib ki, Bella şokdadır, çaşqındır və qorxur, çünki yerli hüquq sistemini tanımır. Bellanın atası Neil Callie, hansı ki hadisə zamanı Vyetnamda olub, artıq Tbilisidədir və qızına kömək etmək üçün gəlib.
BBC-nin məlumatına əsasən, saxlanılan şəxsə digər vəkillər də müraciət ediblər və Britaniya konsulluq xidməti onunla görüş planlaşdırıb.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi təsdiqləyib ki, “Gürcüstanda saxlanılan britaniyalı qadının ailəsinə dəstək göstərir”.
Əgər ittiham sübuta yetirilərsə, Bellanı 15 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir. Bellanın ailəsi hesab edir ki, o, Britaniyalı narkotik satıcıları tərəfindən alət edilə bilərdi və hadisənin mahiyyətindən xəbərsiz olub.
Hazırda Bella ilə bağlı istintaq davam edir və növbəti məhkəmə iclası 1 iyulda keçiriləcək.
mənbə: marneulifm