Narkotik cinayətinə görə biri əcnəbi olmaqla 5 nəfər saxlanılıb

May 13, 2025 - 13:56
 0  21
Narkotik cinayətinə görə biri əcnəbi olmaqla 5 nəfər saxlanılıb

Xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanması, satılması, satışa cəhd, satışa hazırlıq və narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ittihamı ilə beş nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslər arasında Gürcüstan vətəndaşları – 1982-ci il təvəllüdlü Ş.V. və 1996-cı il təvəllüdlü İ.M., eləcə də əcnəbilər – 2006-cı il təvəllüdlü D.S., 1974-cü il təvəllüdlü A.B. və 1995-ci il təvəllüdlü S.K. var.

Nazirliyin məlumatında bildirilir ki, polis məhkəmə qərarı əsasında narkotik vasitənin nəzarətli alqısını həyata keçirib və bu prosesin səsli-video çəkilişini aparıb. Daha sonra saxlanılan şəxslərin üzərində, yaşayış yerlərində və göstərdikləri ünvanlarda aparılan axtarış zamanı müxtəlif növ narkotik vasitələr – “heroin”, “metadon”, “marixuana” və narkotik tərkibli bitki olan “kannabis” maddi sübut kimi götürülüb. Həmçinin, elektron tərəzilər və narkotik vasitələrin qablaşdırılması üçün lazım olan vasitələr də müsadirə olunub.

Qeyd olunan əməllərə görə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı tertia, 18-260-cı tertia, 265-ci və 273 prim maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

mənbə: interpress