Moskvada hava limanları bağlanıb
Moskva və yaxınlığındakı 5 hava limanı bağlanıb.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Məlumata görə, "uçuşların təhlükəsizliyini təmin etmək üçün" Moskvada və yaxınlıqdakı 5 hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Təsirə məruz qalan hava limanları: Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.
mənbə: interpress