Mixail Saakaşvili dövlətə 9 milyon lari ödəməlidir

Mar 10, 2026 - 22:18
 0  28
Mixail Saakaşvili dövlətə 9 milyon lari ödəməlidir

Apellyasiya Məhkəməsi Gürcüstanın Maliyyə Nazirliyinin ölkənin üçüncü prezidenti Mixail Saakaşviliyə qarşı iddiasını tam təmin edib.

Xeber.ge xeber  verir ki, məhkəmə Saakaşvilinin prezidentliyi dövründə dövlət büdcəsindən ödənilmiş şəxsi xərclərin geri qaytarılması barədə qərar çıxarıb.

Söhbət təxminən 9 milyon lari (təxminən 3.4 milyon dollar) vəsaitdən gedir. Məhkəmə sənədlərinə əsasən, bura aşağıdakı xərclər daxildir:

·         6 ədəd bahalı pencək və kəşmir palto;

·         Polşanın mərhum prezidenti Lex Kaçinskinin dəfn mərasimi üçün alınmış gül dəstəsi;

·         Donald Trampın Gürcüstana səfəri zamanı qonaqlanması ilə bağlı xərclər.

Məlumata görə, Mixail Saakaşvilinin rəsmi mülkiyyətində olan əmlaklar — Kaxeti bölgəsindəki yaşayış evi və üzüm bağları bu məbləğin tam ödənilməsi üçün kifayət etməyə bilər. Bu isə məhkəmə qərarının icrası ilə bağlı suallar doğurur.

Gürcüstanın İstintaq Xidməti hələlik icra mexanizmləri barədə əlavə detalları açıqlamır.