Gürcüstanda 'Mindray' maliyyə piramidası ifşa olundu: 56 zərərçəkmiş var
Gürcüstan Prokurorluğu ölkə ərazisində "investisiya dələduzluğu"na əsaslanan cinayət sxemini ifşa edib.
Xeber.ge xeber verir ki,
İstintaq materiallarına görə, 2023-cü ildə sözügedən şəxs "mindraygel1.com" platforması vasitəsilə Gürcüstanda cinayətkar şəbəkə qurub. O, potensial müştərilərə tibbi preparatların və avadanlıqların virtual alqı-satqısına vəsait yatırmaqla qısa müddətdə yüksək gəlir vəd edib.
Əslində isə bu layihə klassik maliyyə piramidası olub və məqsədi daha çox istifadəçi cəlb edərək onların vəsaitlərini mənimsəmək olub.
Prokurorluğun bəyanatında bildirilir ki, təqsirləndirilən şəxs Gürcüstanın 56 vətəndaşını aldadaraq onlara məxsus 394 853 lari (təxminən 150 min dollar) vəsaiti ələ keçirib. Daha sonra o, mənimsədiyi vəsaitlərin mənşəyini gizlətmək üçün onları müxtəlif hesablar arasında bölüşdürüb, kriptovalyutaya çevirib və rəqəmsal pul kisələrinə köçürərək xüsusilə külli miqdarda qanunsuz gəliri leqallaşdırıb.
Çin vətəndaşına qarşı qaldırılan ittihamlar üzrə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Prokurorluq məhkəmədən həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Hazırda təqsirləndirilən şəxsin yerinin müəyyən edilməsi, saxlanılması və Gürcüstana ekstradisiya olunması istiqamətində müvafiq hüquqi prosedurlar davam etdirilir.