Miqrasiya Departamenti xarici ölkənin 14 vətəndaşını saxlayıb
 
                                Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti xarici ölkənin 14 vətəndaşını saxlayıb.
Nazirliyin məlumatına görə, onlar arasında Hindistan, Banqladeş, Pakistan və Türkmənistan vətəndaşları var. Müəyyən edilib ki, onlar ölkədə “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanunu ilə müəyyən olunmuş tələbləri pozaraq qalırdılar.
Qurumun məlumatına əsasən, hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzindədir və onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar davam etdirilir.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            