Miqrantları aldadaraq qanunsuz möhür vuran dələduz qrup tutuldu

Aug 15, 2026 - 13:37
 0  6
Miqrantları aldadaraq qanunsuz möhür vuran dələduz qrup tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti iki müxtəlif cinayət işi üzrə külli miqdarda dələduzluq və dələduzluğa cəhd ittihamı ilə Gürcüstanın beş və Türkiyə Respublikasının bir vətəndaşını saxlayıb.

XEBER.GE xeber  verir ki,  сinayət işlərindən biri üzrə aparılan istintaqla müəyyən edilib ki, Gürcüstanın dörd vətəndaşı ilə birlikdə dələduz cinayət qrupunu təmsil edən Türkiyə Respublikasının bir vətəndaşı Gürcüstanda müvəqqəti olan Türkiyə vətəndaşına 14 500 ABŞ dolları müqabilində yaşayış icazəsinin alınmasında köməklik göstərəcəyini vəd edib, lakin vədinə əməl edə bilməyib.

Zərərçəkənin ölkədə qanuni qalma müddəti bitmişdi və bu fakt cinayət qrupunun digər üzvlərinə məlum idi. Müvafiq olaraq, sonradan saxlanılan təqsirləndirilən şəxslə cinayət əlaqəsində olan Gürcüstan vətəndaşları Türkiyə Respublikasının həmin vətəndaşı ilə əlaqə saxlayaraq 3 000 ABŞ dolları müqabilində onun Gürcüstanda qalması üçün qanuni əsasın yaradılmasına köməklik ediblər. Kərkizə, həmin şəxsin şəxsiyyət vəsəqəsindən istifadə etməklə, sərhədi real olaraq keçmədən, "şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş, daxilolma və çıxış forması"na Gürcüstan dövlət sərhədinin ikitərəfli keçilməsini təsdiqləyən rəsmi ştamplar vurublar", — DTX-də keçirilən brifinqdə bildirilib.

İkinci cinayət işinə gəlincə, DTX-nin məlumatına görə, Gürcüstanda müvəqqəti olan Türkmanistan Respublikası vətəndaşının ölkədə qanuni qalma müddəti bitirmişdi. Gürcüstan vətəndaşı isə 4 000 ABŞ dolları müqabilində onu sərhədə aparıb-gətirməyə və Gürcüstanda qalma müddətini qanuni şəkildə uzatmağa söz verib.

"Təqsirləndirilən şəxs vədinə əməl edə bilməsə də, pulun bir hissəsini tələb edərək alıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-Korrupsiya Agentliyi sözügedən cinayət sxeminə cəlb olunmuş digər şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması məqsədilə işləri davam etdirir", — Təhlükəsizlik Xidmətindən bildirirlər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi, 19, 180-ci maddəsinin 2-ci hissəsinin "a" və 3-cü hissəsinin "b" bəndləri ilə aparılır ki, bu da cəza olaraq 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.