Miqautadze ailəsi təkzib edir: “Qızıllar bizim deyil”

Oct 20, 2025 - 21:32
 0  36
Miqautadze ailəsi təkzib edir: “Qızıllar bizim deyil”

İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin sabiq müavini, həbsdə olan Romeo Miqautadzenin ailəsi bildirir ki, onların evi ikinci dəfə axtarılmayıb və Dövlət Təhlükəsizliyi Xidmətinin yayımladığı kadrlardakı “qızıl zəncirlər” onlara məxsus deyil.

Ailə üzvləri ittihamların ağırlaşacağını gözləyib-gözləmədiklərini şərh etməyib.

Xeber.ge xeber  verir ki, vəkili Beka Nemsitsveridze deyir ki, evindən sənədlər və 1200 dollar götürülüb, bu məbləğin 7 milyon dolların götürüldüyü işlə əlaqəsi yoxdur. 

Miqautadze 2025-ci ilin iyununda saxlanılıb; ona CM-in 194-cü maddəsinin 3-cü bəndi “g” və 332-ci maddənin 2-ci hissəsi ilə, ümumilikdə 9–12 il həbs cəzası nəzərdə tutulan, 8 499 334 lari məbləğində qanunsuz gəlirin leqallaşdırılması ittihamı verilib.