Milyonlarla iranlı Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO
İranın mərhum Ali Lideri Ayətullah Əli Xamenei ilə vida mərasimi davam edir.
XEBER.GE xəbər verir ki, mərasimə İran rəsmiləri, din xadimləri və minlərlə insan axın edib.
Qeyd edək ki, dünən başlayan vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək.
Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.
Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu.
mənbə: qafqazinfo.az