Marneuli–Sadaxlı yolunda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Nov 20, 2026 - 22:41
 0  14
Marneuli–Sadaxlı yolunda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Marneuli–Sadaxlı avtomagistralının Tsereteli hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

XEBER.GE xeber  verir ki, məlumata görə, “Toyota” və “Opel” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Toyota” yoldan çıxıb.

Hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.