Marneulidə atışma baş verdi

Marneulidə atışma hadisəsi baş verib.
Hadisə şəhərin mərkəzi hissəsində – Meydan (Ploşat) ərazisində qeydə alınıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, atışma nəticəsində iki nəfər yaralanıb. Yaralı şəxslər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyri rəsmi məlumata görə, iki nəfər saxlanılıb.
mənbə: interpress