Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Jun 5, 2025 - 10:41
 0  6
Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Digər ölkələrdən Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu ötüb.

Xeber.ge xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Qassan əl-Nuaymi bildirib.

"Bu günə kimi krallığa başqa ölkələrdən 1,5 milyondan çox Həcc ziyarətinə zəvvar gəlib", - deyə nazirliyin nümayəndəsi mətbuat konfransında bildirib.

Ən-Nuaymi həmçinin qeyd edib ki, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyini təmin etmək üçün çalışır. Qurum rəsmisi bildirib ki, nazirlik həcc ziyarəti üçün tələb olunan xüsusi icazənin olub-olmamasını yoxlayan digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

mənbə: trend.az