Marneulidə iki nəfər qanunsuz azadlıqdan məhrumetmə faktına görə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polisi Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları qanunsuz azadlıqdan məhrumetmə ittihamı ilə iki nəfəri saxlayıblar.
Xeber.ge xeber verir ki, DİN tərəfindən yayılan bəyanatda 2004-cü il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü S.B.-nin saxlanıldığı bildirilir.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq tədbirləri nəticəsində hər iki şübhəli şəxs cinayəti törətdikdən qısa müddət sonra "isti izlərlə" yaxalanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsi (qanunsuz azadlıqdan məhrumetmə) ilə istintaq aparılır. Bu maddə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.