Marneulidə bıçaqlanma: Keçmiş məhkum həmyerlisini yaralayıb
Gürcüstanın Marneuli bələdiyyəsində bıçaqlanma ilə nəticələnən qanlı münaqişə baş verib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən yaxalanıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində yaranmış mübahisə zamanı soyuq silahdan istifadə edərək 1962-ci il təvəllüdlü həmyerlisi A.S.-yə bədən xəsarətləri yetirib. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib, ona lazımi tibbi yardım göstərilir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs cinayəti törətdikdən qısa müddət sonra bələdiyyə ərazisində "isti izlərlə" saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (Sağlamlığa qəsdən ağır xəsarət yetirmə) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.