Marneulidə 13 yaşlı qızın ana olması ilə bağlı DİN istintaq başladı: Cinayət işi açılıb

Oct 1, 2026 - 21:07
 0  22
Marneulidə 13 yaşlı qızın ana olması ilə bağlı DİN istintaq başladı: Cinayət işi açılıb
: :
playing

Marneulidө 13 yaşlı qız ana olub.

XEBER.GE xeber  verir ki, məlumatı sosial şəbəkədə Samira Bayramova yayıb.

Hüquq müdafiəçisinin yazdığına görə, yeniyetmə əkiz uşaqlara hamilə imofiş. Yeni doğulan körpələrdən biri həlak olub, ikincinin vəziyyəti isə ağırdır.

"Mənə dedilər ki, Marneuli doğum evində 13 yaşlı uşaq əkiz uşaq dünyaya gətirib... Mənbənin məlumatına görə, yeni doğulan körpələrdən biri dünən gec saatlarda dünyasını dəyişib, ikincinin vəziyyəti isə ağırdır", – deyə Samira Bayramova yazır.

"Primetime"a Daxili İşlər Nazirliyindən bildiriblər ki, baş verən faktla bağlı Cinayət Məcəlləsinin 140-cı maddəsinin birinci hissəsi ilə istintaq başladılıb. Bu maddə yetkinlik yaşına çatmayan şəxslə (16 yaşına çatmamış şəxslə) yaşlı şəxsin cinsi əlaqədə olmasını nəzərdə tutur. Cinayət 7 ildən 9 ilədək azadlıqdan məhrumetməni ehtiva edir.