Mağazanı qarət edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Art-Time” oğurluğu törətməkdə təqsirli bilinən 1 nəfəri yaxalayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sözügedən cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən 1991-ci il təvəllüdlü G.B.Bu il dekabrın 12-də Tbilisi şəhəri, Çavçavadze prospektində yerləşən “Art-Time” mağazasının şüşə qapısını zədələyib, obyektə qanunsuz daxil olub və oradakı saatları oğurlayıb.
Həyata keçirilən əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxs Qori şəhərində yaxalanıb.Oğurlanmış saatların bəziləri maddi sübut kimi götürülüb.
“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən aparılır. Bu oğurluqda dayanacaq və ya anbara girərək külli miqdarda ziyan vurmaqla törədilmişdir” - məlumat deyir.
mənbə: interpress