Məktəbli formalarının gətirilmə qrafiki və satış tarixləri bəlli oldu
Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində olan qurum — "Təhsil Resursları" MMC avqustun 7-də bəyanat yayıb.
XEBER.GE xeber verir ki, qurumun məlumatına görə, Çindən məktəbli formalarının idxalı və Gürcüstana çatdırılması üç mərhələdə həyata keçiriləcək:
- I mərhələ — 25 avqust;
- II mərhələ — 15 oktyabr;
- III mərhələ — 30 noyabr.
Rəsmi məlumata əsasən, birinci sinif şagirdləri məktəbli formalarını 1-14 sentyabr tarixləri arasında əldə edə biləcəklər. II–VI sinif şagirdlərinə gəldikdə isə, onlar üçün formaların satışı növbəti mərhələlərdə — oktyabrdan dekabra qədər olan dövrdə planlaşdırılır.
Xatırladaq ki, Nazirliyin yeni təşəbbüsü ilə dövlət məktəblərinin ibtidai pilləsində məktəbli formasının geyinilməsi məcburi olur.