Məhkəmə başladı: Saakaşvili dindirilir

Feb 10, 2026 - 18:44
 0  58
Məhkəmə başladı: Saakaşvili dindirilir

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və digər müxalifət partiyalarının liderlərinin iştirak etdiyi təxribat və dövlət çevrilişinə çağırış işi üzrə dinləmə keçirilir.

Bu barədə "İnterpressnews" məlumat yayıb.

Məhkəmə iclasında Saakaşvili və ittiham olunan müxalifət üzvlərinin əksəriyyəti iştirak edir.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti beş cinayət işi üzrə ittiham olunub. Çıxarılmış dörd hökmə əsasən, Saakaşvili cəzasını 2034-cü ilə qədər çəkəcək.

mənbə: publika