Lisi gölü ətrafında əməliyyat: Tamaz Elizbaraşvilinin maşınında axtarış aparılır
Hazırda Lisi gölü ətrafındakı ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamı Tamaz Elizbaraşvilinin avtomobilində axtarış aparırlar.
XƏBƏR.GE verir ki, hadisə yerindən görüntüləri "Tamaz Elizbaraşvilinin İt Sığınacağı" feysbuk səhifəsi yayımlayır.
Daxili İşlər Nazirliyindən "PrimeTime"a verilən məlumata görə, Tamaz Elizbaraşvilinin avtomobilində axtarış 151-ci və 236-cı maddələr üzrə — hədə-qorxu gəlmə və qanunsuz silah əldə etmə-saxlama işi üzrə aparılan istintaq çərçivəsində gerçəkləşdirilir.