Liloda ağır yol qəzası baş verdi- Ölən və yaralılar var

Lilo qəsəbəsində ağır yol qəzası baş verib.
Yol-nəqliyyat hadisəsi nəticəsində 36 yaşlı Zaur Əliyev həyatını itirib.
Qəza zamanı daha üç nəfər ağır xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hazırda qəzanın səbəbləri araşdırılır.
mənbə: Interpress