Lançxuti Bələdiyyəsində güclü qar: 40 ev uçub, əhali təxliyə oluna bilər

Feb 25, 2025 - 11:31
 0  73
Lançxuti Bələdiyyəsində güclü qar: 40 ev uçub, əhali təxliyə oluna bilər

Lançxuti Bələdiyyəsində güclü qarın nəticəsində çətin vəziyyət yaranıb.

Bu barədə bələdiyyə başçısı Aleksandre Sarişvili  bildirib.

Onun sözlərinə görə, əlavə texnika səfərbər edilib və ehtiyac yaranarsa, əhali təxliyə olunacaq.

"Lançxutidə vəziyyət ağırdır, qar hələ də aramsız yağır. Əlavə texnikanı səfərbər etmişik və hazırda müxtəlif istiqamətlərdə işləyirik – ya insanların təxliyəsini həyata keçirmək, ya da onlara gedən yolları açmaq üçün. Bir neçə inzibati vahid – Çoçxati, Qrmareli və Atsana elektrik enerjisiz qalıb. Əhalinin bir hissəsini artıq çıxarmışıq – bəziləri hotellərdə yerləşdirilib, digərləri isə qohumlarının yanına aparılıb. Hazırda aldığımız məlumata görə, təxminən 40 ev uçub. Yaşayış evləri zərər görsə də, hazırda xəsarət alanlarla bağlı məlumat yoxdur”, – deyə Sarişvili bildirib.

mənbə: Interpress