Lagodexidə qətl hadisəsinə görə bir nəfərə ittiham irəli sürüldü

Jun 25, 2025 - 20:07
 0  12
Lagodexidə qətl hadisəsinə görə bir nəfərə ittiham irəli sürüldü

Gürcüstanın Prokurorluğu Lagodexi bələdiyyəsində baş vermiş qəsdən adam öldürmə faktı üzrə bir şəxsə qarşı ittiham irəli sürüb.

Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, 22 iyun 2025-ci il tarixində Lagodexidə təqsirləndirilən şəxs iki nəfərə fiziki zor tətbiq edib. Bundan sonra hadisəni ayırmağa gələn zərərçəkmişə bıçaqla həyati təhlükə yaradan xəsarətlər yetirib. Aldığı yaralardan zərərçəkmiş dünyasını dəyişib.

Prokurorluq bildirib ki, saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 1261-ci maddəsinin "g" bəndi (iki nəfərə qarşı zorakılıq) və 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə nəzərdə tutulan cəza 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluğun təqdim etdiyi vəsatət əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

mənbə: interpress