Lağodexidə sel fəsadlar törətdi – mərkəzi magistralda hərəkət məhdudlaşdırılıb
 
                                Laqodexi bələdiyyəsində təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər davam edir.
Hazırda Laqodexi-Kabali-Qurcaani mərkəzi magistralında hərəkət məhduddur.
Səbəb isə Baisubni kəndində körpünün zədələnməsidir. Bu istiqamətdə nəqliyyatın hərəkətini patrul polisi tənzimləyir.
Fəlakət zonasına bütün aidiyyəti qurumlar, o cümlədən yanğınsöndürmə-xilasetmə briqadaları cəlb olunub. İkinci gündür ki, ərazidə ağır texnika da işləyir. Görülən işlərin nəticəsində, daşqınla yerini dəyişmiş çayların məcrası bərpa edildikdən sonra kəndin daxili və mərkəzi yollarında suyun axını dayandırılıb.
Lakin güclü yağıntılar səbəbindən Ninos dərəsi, Şrom dərəsi, Kabali və Areşferan çayları daşaraq infrastrukturun ciddi zədələnməsinə səbəb olub. Yaşayış evlərinin birinci mərtəbələri, həyətyanı sahələr və təsərrüfat torpaqları su altında qalıb. Məişət avadanlıqları və mebel də yararsız hala düşüb.
Ziyanın dəqiq miqdarı xüsusi komissiya tərəfindən əhali ilə birgə aparılacaq hesablamalardan sonra məlum olacaq.
mənbə: Intrepress.ge
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            