Kobaxidze: Ölkənin inkişafı üzrə 10 illik strategiya üzərində işləmək istəyirik
 
                                “Gürcü Arzusu” hökuməti ölkənin inkişafı üzrə 10 illik strategiya üzərində işi başlayır.
Xeber.ge xəbər verir ki, 
Kobaxidzenin sözlərinə görə, bu sənəd “konkret istiqamətverici plan” olacaq və onun əsasında ölkənin ardıcıl və sabit inkişafı təmin ediləcək.
“Biz 2026–2035-ci illəri əhatə edən ölkənin inkişafının 10 illik strategiyası üzərində işi başlamaq istəyirik. Elə bir sənəd hazırlamaq istəyirik ki, onun əsasında ölkə bütün sahələrdə inkişaf etsin. Mənim fikrimcə, bu sənəd qısa, lakin konkret olmalıdır – orada dəqiq məqsədlər, vəzifələr və onların icra müddətləri göstərilməlidir.
Cəmiyyət daha ətraflı məlumatı sonradan alacaq. Yaxın gələcəkdə sənədin hazırlanması başa çatacaq və o, dərc olunacaq.
Bizim konkret istiqamətverici planımız olacaq ki, onun əsasında qarşıdakı illərdə ölkəmizin ardıcıl və sabit inkişafını təmin edək”, – deyə Kobaxidze bildirib.                        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            