"Hakim partiya seçkilərdə ən azı 60 faiz səs toplayacaq"

Oct 22, 2024 - 12:02
 0  23
"Hakim partiya seçkilərdə ən azı 60 faiz səs toplayacaq"

"Düşünürəm ki, bütün təzyiqlərə baxmayaraq, Gürcüstanda keçiriləcək seçkilərdə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ən azı 60 faiz səs toplayaraq qalib gələcək. Hadisələrin inkişafı bunu deməyə imkan verir".

Bu sözləri Azərtac-a müsahibəsində gürcü ekspert Zurab Kadaqidzedir söyləyib. Onun sözlərinə görə, Gürcüstan müxalifəti əslində müxalifət kimi deyil, xaricdən, əsasən də Qərbdən idarə olunan və ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi yaratmaq istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir. Onlar nə seçki kampaniyası apara bilir, nə də rayonlara səfərlər edirlər. Məqsədləri Gürcüstanı və Cənubi Qafqazı Rusiya-Ukrayna müharibəsinə cəlb etməkdir. Xalq bunu yaxşı anlayır”.

Siyasi şərhçi onu da bildirib ki, Gürcüstan və Azərbaycan xalqları müstəqillik, suverenlik uğrunda da hər zaman birgə mübarizə aparıblar. Hər iki ölkə oxşar taleyi yaşayıb və demək olar ki, bu gün də vəziyyət eynidir.

"Hazırda gürcü xalqı milli və xilas olma mübarizəsi aparır. Biz Şərq, Qərb, Cənub və Şimal dövlətləri ilə dostluq əlaqələri qurmağa çalışırıq, lakin ölkəmizin ailə dəyərlərinə zidd olan halların normal qəbul edilməsinə icazə verməyəcəyik”, - deyə Zurab Kadaqidzedir vurğulayıb.

Ekspert əlavə edib ki, onlar LGBT təbliğatına, xüsusən də azyaşlılar arasında bu cür fəaliyyətlərin yayılmasına qarşı olduqlarını açıq şəkildə bəyan edirlər.

mənbə: publika