Kaxetidə təbii fəlakət bir sıra problemlər yaradıb

Apr 22, 2025 - 20:53
 0  80
Kaxetidə təbii fəlakət bir sıra problemlər yaradıb

Təbii fəlakət Qurcaani bələdiyyəsinin Vaçnadziani, Kalauri, Vazisubani, Mukuzani və Şaşiani kəndlərində təxminən 15 dəqiqə davam edib.

Yerli sakinlərin sözlərinə görə, yağış səbəbindən üzüm bağlarının və əkin sahələrinin vəziyyəti hələlik məlum deyil.

"Dolu və külək təxminən 15 dəqiqə davam edib. Dolu əsasən bir istiqamətdə kəndlərə düşüb. Hələ ki, ərazilərin vəziyyətini görməmişik", - deyə yerli sakinlər bildirib.

Qurcaani Bələdiyyəsinin meriyasından verilən məlumata görə, müvafiq xidmətlərin nümayəndələri vəziyyəti yerindəcə qiymətləndirirlər.

mənbə: interpress