Kaxetidə faciəvi qəza: Minik maşını mikroavtobusa çırpıldı
Lagodexi rayonunun Tsxakaia kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
XEBER.GE xəbər verir ki, hazırda əldə olunan məlumatlara görə, dostu ilə birlikdə minik avtomobilində hərəkətdə olan gənc oğlan yük mikroavtobusu ilə toqquşub.
Güclü zərbə nəticəsində avtomobili idarə edən 25 yaşlı gənc aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Maşında olan dostu isə bədənin müxtəlif nahiyələrinin ağır xəsarətləri ilə təcili olaraq klinikaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə istintaq başladılıb. Polis qəzanın dəqiq səbəblərini araşdırır.