Karelidə qarşıdurma — qonaq gələn qadınlar ev sahibini qarət ediblər

Jan 9, 2026 - 11:40
 0  58
Karelidə qarşıdurma — qonaq gələn qadınlar ev sahibini qarət ediblər

Kareli bələdiyyəsində qarşıdurma - Dvan kəndində qonaq olan qadınlar ev sahibini qarət ediblər.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ev sahibi hadisəni dərhal fərq edib və pulu geri almağa çalışıb, bu isə yerindəcə fiziki qarşıdurmaya səbəb olub.

Məlum olub ki, bundan sonra ev sahibi "112" xidmətinə zəng etməyə cəhd göstərib, lakin təqsirləndirilən şəxslər onun mobil telefonunu qaçırıb və qanunsuz mənimsədikləri pulla birlikdə hadisə yerindən qaçıblar.

 Hər iki şübhəli qadın saxlanılıb. Onları 8 ilə qədər həbs cəzası gözləyir.