İtaliyada 19 nəfər Gürcüstan vətəndaşı saxlanıldı

Jan 26, 2025 - 13:52
 0  75
İtaliyada 19 nəfər Gürcüstan vətəndaşı saxlanıldı
: :
playing

İtaliyanın Udine bölgəsində saxta şəxsiyyət vəsiqələrinin saxlanılması və hazırlanması ilə bağlı 19 gürcü qadını saxlanılıb.

Bu barədə yerli media məlumat yayıb. 

Məlumata görə, dövlət polisi Udine prokurorluğunun apardığı araşdırma nəticəsində, qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində 12 müxtəlif bölgədə 52 ünvan üzrə axtarış keçirib. 

Udine bölgəsinin vergi idarəsinin yerli xidmətləri məhkəmə qurumlarına məlumat verib ki, çox sayda gürcü qadınları, Avropa İttifaqının vətəndaşı olduqlarını iddia edərək, Slovakiya, Polşa və Litva vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə vergi nömrəsi almağa çalışıblar. Bu yolla işləmək hüququ əldə edərək, həmçinin Avropa İttifaqı vətəndaşlarının sahib olduğu hüquqi, vergi və sağlamlıq üstünlüklərindən faydalana bilirdilər. Sonra isə başqa bölgələrə keçərək, orada iş tapmağa daha asanlıqla çalışıblar.

Araşdırmaçılar yaxşı təşkil olunmuş bir şəbəkənin mövcud olduğunu və bu şəbəkənin xaricdə sənədlər hazırladığını və təxminən 600 avro ödəməklə müştərilərə satdığını ehtimal edirlər. saxta sənədləri kimlərin aldığını müəyyən etmək üçün araşdırmalar davam edir.

İtaliya mediasının məlumatına görə, əgər saxlanılan şəxslərin ölkədə qanuni yaşayış icazəsi olmadığı sübut olarsa, onları ölkədən deportasiya edəcəklər.

mənbə: interpress