İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 48 440 nəfərə çatıb

Son sutka ərzində Qəzza zolağında 30-u dağıntılar altından çıxarılan 35 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb. Atəşkəs əldə olunana qədər Qəzza zolağında 48 440 fələstinli həlak olub.
Xeber.ge xəbər verir ki,
Qeyd olunur ki, İsrailin Qəzza zolağına qarşı 7 oktyabr 2023-cü il tarixindən bu ilin 19 yanvar tarixində qüvvəyə minmiş atəşkəs rejiminə qədər davam edən hücumlarında həlak olan fələstinlilərin sayı 48 min 440-a çatıb, yaralıların sayı isə 111 min 845 nəfər olub.
Məlumatda həmçinin bildirilir ki, HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi ilə bağlı sazişə baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.
Belə ki, Qəzzada atəşkəs başlayandan bəri İsrailin hücumları nəticəsində 116 fələstinli həlak olub, 490 nəfər isə yaralanıb.
mənbə: apa.az