İsrailin Holon şəhərinə ballistik raket düşüb: yaralılar var

Jun 19, 2025 - 11:02
 0  22
İsrailin Holon şəhərinə ballistik raket düşüb: yaralılar var

İsrailin mərkəzi bölgəsində yerləşən Holon şəhərinə düşən ballistik raket nəticəsində 20-ə yaxın insan yaralanıb.

Xeber.ge xəbər verir ki, məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır, digərləri isə yüngül xəsarətlər alıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

mənbə: trend.az