İsraildə Gürcüstanın səfirliyi yaxınlığına mərmi düşüb

Jun 19, 2025 - 12:00
 0  11
İsraildə Gürcüstanın səfirliyi yaxınlığına mərmi düşüb

İsraildəki təhlükəsizlik vəziyyəti fonunda bu gün Gürcüstanın İsraildəki səfirliyinin yerləşdiyi binanın yaxınlığına mərmi düşüb.

Bu barədə səfirliyin yaydığı rəsmi məlumatda deyilir.

Bildirilib ki, insident nəticəsində səfirliyin binasına ziyan dəyməyib və diplomatik nümayəndəlik İsrailin müvafiq strukturlarının təhlükəsizlik protokollarına əməl etməklə fəaliyyətini xüsusi rejimdə davam etdirir.

Səfirlik Gürcüstan vətəndaşlarına İsrail hökumətinin təhlükəsizliklə bağlı təlimatlarına əməl etməyə çağırıb.

Əlavə məlumat üçün Gürcüstanın İsraildəki səfirliyinin rəsmi səhifələrinə baxmaq tövsiyə olunur:

???? israel.mfa.gov.ge

???? facebook.com/GeorgiainIsrael

Təcili hallarda aşağıdakı nömrələrlə əlaqə saxlamaq mümkündür:

???? +972 526 919092

???? Qaynar xətt (24/7): +972 3 609 3206

mənbə: interpress