Qoridə nəvə babasını ağır şəraitdə qətlə yetirib – Prokurorluq

Mar 12, 2025 - 10:41
 0  34
Qoridə nəvə babasını ağır şəraitdə qətlə yetirib – Prokurorluq

Gürcüstan Prokurorluğu Qori şəhərində qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyinin araşdırmasına görə, martın 10-da Qori şəhərində şübhəli şəxs qisas məqsədilə xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan babasını qətlə yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müttəhimi martın 10-da həbs ediblər. Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin 11 prim - 109-cu maddəsinin "e", "k" və "m" bəndləri ilə ittiham irəli sürülüb. Həmin maddə qabaqcadan bilə-bilə ailə üzvünü, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməsini nəzərdə tutur.

Cinayətə görə təqsirləndirilən şəxsi 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını gözləyir.

Artıq Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verib.

mənbə: marneulifm