İrlandiyadan 32 Gürcüstan vətəndaşı deportasiya edilib

Feb 28, 2025 - 16:10
 0  56
İrlandiyadan 32 Gürcüstan vətəndaşı deportasiya edilib

İrlandiyanın paytaxtı Dublindən Gürcüstanın 32 vətəndaşı deportasiya edilib.

Bu barədə məlumatı yerli media yayıb.

Deportasiya olunan şəxslər əvvəllər ölkədə icazəsiz qalmaları səbəbilə İrlandiyanı tərk etmələri üçün xəbərdarlıq almışdılar. Onlar cümə axşamı gecə çarter reysi ilə Dublindən Tbilisiyə gətiriliblər.

Bu, İrlandiya hökumətinin ötən ilin noyabr ayında imzaladığı razılaşmaya əsasən həyata keçirilən ilk deportasiya əməliyyatı olub.

İrlandiyanın ədliyyə naziri O’Kallahan mövzu ilə bağlı bildirib:

“Mənim və bu hökumətin əsas prioriteti immiqrasiya qanunlarının icrasını təmin etməkdir. İnsanlar, miqrasiya sistemimizin ədalətli və işlək olacağına inanmalıdırlar. Dövlətin ölkəni tərk etmələri üçün tələb göndərdiyi şəxslər bunu yerinə yetirmədikdə, nəticələr qaçılmazdır. Beynəlxalq qoruma üçün müraciət edənlərə qaydalara əsaslanan bir sistemimiz var və bu qaydaların mənası yalnız icra olunduqda olur. Gələcəkdə yeni deportasiya reysləri də planlaşdırılır.”

İrlandiyadan deportasiya edilənlərin 28-i kişi, 3-ü qadın və biri azyaşlı uşaq olub. Uşaq valideynləri ilə birlikdə deportasiya edilib.

Deportasiya prosesi zamanı təyyarədə yerli polis əməkdaşları, tibb işçiləri, tərcüməçi və insan haqları müdafiəçiləri də olub.

mənbə: Interpress