İraqda Şəhid Seyyid Əli Xameneinin vida mərasiminə axın oldu
İraqın Nəcəf şəhərində İranın keçmiş ali lideri ayətullah Şəhid Seyyid Əli Xamenei və onun ailə üzvlərinin xatirəsinə matəm mərasimi başlayıb.
XEBER.GE xəbər verir ki, məlumata görə, dəfn mərasimində milyonlarla iraqlı, eləcə də müxtəlif ölkələrdən gələn zəvvarlar iştirak edir.
Cənazələr minlərlə yas saxlayan iraqlının çiyinlərində İmam Əlinin müqəddəs məqbərəsi istiqamətində aparılıb.
Mərasimin daha sonra Kərbəla şəhərində davam etdiriləcəyi bildirilib.
Bununla əlaqədar İraqın Baş naziri Əli Faleh əz-Zeydi çərşənbə gününü ölkə ərazisində rəsmi dövlət tətili elan edib.
Mərasimdə İran Prezidenti Məsud Pezeşkian da iştirak edir.
mənbə: modern.az