İranın məhv etdiyi ABŞ təyyarəsi
İranın ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi bazasına endirdiyi zərbələr nəticəsində məhv edilən “E-3G Sentry” erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin görüntüləri ortaya çıxıb.
Xeber.ge xəbər verir ki, görüntülər amerikalı OSİNT blogerlər tərəfindən təqdim olunub.
Zərbə E-3G təyyarəsinin ən vacib hissəsinə, yəni AN/APY-2 radar müşahidə sistemi üçün antenaları da daxil olmaqla bir neçə həssas cihazın yerləşdiyi fırlanan radar günbəzinin yerləşdiyi arxa hissəyə endirilib”, - blogerlərdən biri yazıb.
Qeyd edək ki, İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi bazasına zərbələr nəticəsində bir neçə yanacaqdoldurma təyyarəsinin məhv edildiyini açıqlamışdı.
mənbə: axar,az