İran ələ keçirilən gəminin qisasını belə aldı

Apr 20, 2026 - 10:56
 0  34
İran ələ keçirilən gəminin qisasını belə aldı

İran tərəfi İslam Respublikasının bayrağı altında üzən gəminin saxlanılmasına cavab olaraq bir neçə ABŞ gəmisinə hücum edib.

 Xeber.ge xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsinə

ABŞ qüvvələri atəşkəs rejimini pozaraq İranın ticarət gəmisini atəşə tutublar. Nəticədə gəminin naviqasiya sistemi sıradan çıxıb və dəniz piyadaları göyərtəyə enib.

"Amerikalıların hücumundan sonra İran qüvvələri də pilotsuz uçuş aparatlarının köməyi ilə bir neçə ABŞ hərbi gəmisinə hücum edib", - məlumatda deyilir:

Qərargah nümayəndəsi vurğulayıb ki, Tehran Vaşinqtonun bundan sonrakı istənilən addımına qarşı qətiyyətli cavab tədbirləri görəcək.

mənbə: publika.az