İran İsrailin dəmir yolu sistemini iflic etdi
İranın kiber mütəxəssisləri İsrailin dəmir yolu sistemini sıradan çıxarıblar.
Xeber.ge xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Nəşr bildirib ki, "İsrail Dəmir Yolları haker hücumuna məruz qalıb və sıradan çıxarılıb".
“Fars” əlavə edib ki, İsrailin bütün dəmir yolu stansiyaları sonrakı xəbərdarlığa qədər istifadə üçün təhlükəlidir.
mənbə: publika.az