İrakli Kobaxidze Vatikanda XIV Papa Leo ilə görüşüb

Nov 24, 2025 - 20:52
 0  13
İrakli Kobaxidze Vatikanda XIV Papa Leo ilə görüşüb

Baş naziri İrakli Kobaxidze Vatikanda XIV Papa Leo ilə görüşüb.

Mətbuat xidmətinin məlumatına görə, Kobaxidze Papayı Gürcü xalqı adından katolik kilsəsinin lideri seçilməsini bir daha təbrik edib və ümidvar olduğunu bildirib ki, “baş nazir qismində onun Vatikana ilk səfəri Gürcüstanla Müqəddəs Taxt arasında mövcud münasibətlərin daha da güclənməsinə xidmət edəcək”.

“Roma Papası ilə çox maraqlı söhbətimiz oldu. Vatikanın, Roma Papasının dəstəyi bizim üçün çox önəmlidir. Müstəqilliyimizin bərpasından bu günə qədər bu dəstək çox vacib olub və bunun üçün Roma Papasına təşəkkür etdim. Vatikanın bizim suverenliyimizə və ərazi bütövlüyümüzə göstərdiyi dəstək xüsusilə əhəmiyyətlidir və biz buna xüsusi vurğu etdik.

Həmçinin, ölkəmizdə baş verən proseslər və dövlətimizin, eləcə də müasir dünyanın qarşısında duran çağırışlar barədə də danışdıq. Xüsusilə xristian dəyərləri uğrunda aparılan mübarizədən söz açdıq. Bu baxımdan ölkəmizin hansı çətinliklərlə üzləşdiyini, xristian və ənənəvi dəyərlərin müdafiəsi istiqamətində hansı proseslərin getdiyini Roma Papası ilə çox maraqlı müzakirə etdik”, – Kobaxidze jurnalistlərlə söhbətində bildirib.


Onun sözlərinə görə, Gürcüstanın xristianlaşmasının 17 əsrlik yubileyi ilə bağlı Papa Gürcüstana dəvət olunub.

mənbə: marneulifm