Batumidə İnterpol tərəfindən axtarılan Türkiyə vətəndaşı saxlanılıb

Apr 25, 2026 - 12:41
 0  15
Batumidə İnterpol tərəfindən axtarılan Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən beynəlxalq səviyyədə axtarışda olan şəxs saxlanılıb.

Xeber.ge xeber  verir ki, Batumi şəhərində keçirilən əməliyyat nəticəsində 1990-cı il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı M.İ. ələ keçirilib.

  Nazirliyin rəsmi bəyanatında bildirilir ki, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının sorğusu əsasında müxtəlif ağır cinayətlər törətdiyinə görə İnterpol tərəfindən "Qırmızı bülleten"lə beynəlxalq axtarışa verilibmiş.

  Hazırda saxlanılan şəxs barəsində Gürcüstan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq sənədləşdirmə işləri aparılır. Onun Türkiyəyə təhvil verilməsi üçün ekstradisiya prosedurlarına başlanılıb.