"iPhone"un bir sıra modellərində "iCloud" işləməyəcək - SİYAHI

"Apple" şirkəti "iOS 10" və "macOS Sierra" əməliyyat sistemləri ilə işləyən cihazlar üçün "iCloud" bulud xidmətlərinin dəstəyini dayandırır.
Xeber.ge xeber verir ki,
"Apple"ın yenilənmiş dəstək sənədinə əsasən, bu köhnə əməliyyat sistemləri artıq "iCloud"a giriş üçün minimum sistem tələblərinə cavab vermir.
Qərar "iCloud"un əsas funksiyalarının - "iCloud Keychain", "iCloud Photos", "iCloud"un yedəkləmə funksiyası, "Find My" və "iCloud Drive" kimi xidmətlərin təsirlənən cihazlarda işləməsinin dayanması deməkdir.
Bundan sonra "iCloud"un bütün imkanlarından tam istifadə etmək üçün azı "iOS 11" və ya "macOS High Sierra" tələb olunacaq.
"iOS 10" və "macOS Sierra" əməliyyat sistemləri 2016-cı ilin sentyabr ayında buraxılıb və artıq 9 il yaşındadır. Bu dəyişiklik ilk növbədə daha yeni "iOS" versiyalarına yeniləmə imkanı olmayan köhnə "Apple" mobil cihazlarının sahiblərinə təsir edəcək. Xüsusilə, "iPhone 5" (2012-ci ildə buraxılıb), "iPhone 5c" (2013) və dördüncü nəsil "iPad" (2012) artıq "iCloud" xidmətlərinə daxil ola bilməyəcəklər, çünki "iOS 10" bu cihazlar üçün mövcud olan son versiya idi.
"Mac" istifadəçilərinə gəlincə, "macOS High Sierra", "macOS Sierra"nı dəstəkləyən bütün kompüterlərlə uyğun idi. Beləliklə, "iCloud"a girişin itirilməsi yalnız dəstəklədikləri son "macOS" versiyasına yenilənməmiş "Mac" kompüterlərini əhatə edəcək.
mənbə: oxu.az