İnterpolun axtardığı şəxs Batumidə saxlanılıb

Feb 4, 2026 - 12:20
Feb 4, 2026 - 12:21
 0  28
İnterpolun axtardığı şəxs Batumidə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polisi Departamentinin əməkdaşları tərəfindən İnterpolun "Qırmızı bülleten"i ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşı saxlanılıb.

Xeber.ge xəbər verir ki, 2003-cü il təvəllüdlü B.E. Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən azadlıqdan qanunsuz məhrum etmə, hədə-qorxu gəlmə və dələduzluq ittihamları ilə beynəlxalq axtarışa verilibmiş.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində B.E. Batumi şəhərində ələ keçirilib.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları həyata keçirilir.