Husilər İsrailin limanına və hərbi obyektinə zərbə endirib

Jul 16, 2025 - 09:57
Jul 16, 2025 - 14:24
 0  27
Husilər İsrailin limanına və hərbi obyektinə zərbə endirib

Yəmənin husilər hərəkatı İsrailin cənubunda yerləşən Eylat şəhərindəki limana və Nəqəvda yerləşən hərbi obyektə zərbələr endirib.

Xeber.ge xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Saria məlumat yayıb.

 “Al Masirah” telekanalında çıxış edən Sariə bildirib ki, hücum üç pilotsuz uçuş aparatı ilə həyata keçirilib:

“İki PUA Nəqəv bölgəsindəki mühüm hərbi hədəfi, üçüncüsü isə Fələstindəki Umm-ər-Rəşraş limanını hədəfə alıb”.

O, əməliyyatın koordinasiyalı şəkildə həyata keçirildiyini vurğulayıb.

mənbə: apa.az