Gürcüstanın müxtəlif bölgələrində qanunsuz silah saxlayan 5 nəfər tutuldu

Aug 9, 2026 - 13:35
Aug 9, 2026 - 13:51
 0  9
Gürcüstanın müxtəlif bölgələrində qanunsuz silah saxlayan 5 nəfər tutuldu
: :
playing

Daxili İşlər Nazirliyinin Tbilisi, Kvemo Kartli, İmereti, Şida Kartli və Samtsxo-Cavaxeti Polis Departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş profilaktik polis tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə 5 nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində müxtəlif markalı odlu silahlar və döyüş sursatı, o cümlədən 2 avtomat, 3 tapança, 6 daraq, səsboğucu (quşitel) və 41 patron maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır ki, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.