Gürcüstanın Baş naziri etirazçıların tətbiq etdiyi zorakılığı liberal faşizm adlandırıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze etirazçıların tətbiq etdiyi zorakılığı “liberal faşizm” adlandırıb.
O, brifinqdə valideynləri öz uşaqlarını "liberal faşizm" ocaqlarından uzaq tutmağa çağırıb:
“Onların bütün sursatlarını müsadirə etdik, artıq zorakı hərəkətlər üçün heç bir resursları qalmadı, buna görə də hüquq-mühafizə orqanlarına heç bir şeyə reaksiya vermək lazım olmadı. Bu liberal faşizmin arxasında xarici maliyyələşmə dayanır".
mənbə: report